Səudiyyə Ərəbistanı 5 şiə müsəlmana edam hökmü çıxardı
Səudiyyə Ərəbistanı Xüsusi Cinayət Məhkəməsi Qətif və Əvamiyyə şəhərində həbs edilən 5 şiə müsəlman barəsində edam hökmü çıxarıb.
Bu barədə Qətif və Əvamiyyə şəhərində həbs edilən şəxlərin hüquqlarını müdafiə edən fəallar "Tvitter" hesablarında məlumat veriblər. Edam hökmü verilən gənclər bunlardır: Muhəmməd İsa əl-Qallaf, Muhammad Əli əl-Aqaili , Əhməd Muhammad Abdullah, Əmir Muhammad Abdullah, Musa Cəfər əs-Səmxan. Məlumata əsasən, Səudiyyə təhlükəsizlik qüvvələrinin işgəncələri altında ifadə verən şəxlər saxta ittihamlarla günahlandırılırlar. Həbsxanada olan adıçəkilən şəxslər ağır psixi və digər xəstəliklərdən əziyyət çəkirlər. (eastnews) Oxşar xəbərlər
|