40 tərcüməçi və İslamşünas Qurani-Kərimi rus dilinə tərcümə edir
Tatarıstanın Dini İşlər İdarəsinin direktoru 40 tərcüməçi və İslamşünas tərəfindən Qurani-Kərimin rus dilinə tərcümə edildiyini bildirib.
Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Rusiyadakı İran Mədəniyyət Mərkəzindən verilən açıqlamaya görə, Tatarıstan Dini İşlər İdarəsinin direktoru Kamal Samiqulin Başqırdıstanın paytaxtı Ufa şəhərində “Rusiyanın Strateji Vizionu - İslam Dünyası” qrupunun illik konfransında çıxış edərək belə danışıb: “Quranın tərcüməsi haqqında çox düşündük. Ərəb və rus dillərini tam bilmək, dini və tarixi məsələlərin incəliklərini və eyni zamanda dil məsələlərini yaxşı bilmək kimi xüsusiyyətləri toplamaq mümkün deyil. Buna görə bir çox fərqli mütəxəssisin Quranı rus dilinə tərcümə edə biləcəyi qənaətinə gəldik”. Kamal Samiqulin 40 tərcüməçi və İslamşünasın 7 il davam edən əməyi nəticəsində Quranın bu tərcüməsinin əslinə daha yaxın, daha doğru və səhvlərdən mümkün qədər uzaq olduğuna inandığını söyləyib. “Quranın belə bir tərcüməsi lazım idi, çünki rus dilinə tərcümələr şərqşünaslar və ya pravoslav din xadimləri tərəfindən ayrı-ayrılıqda edilmişdir”, - deyə Samiqulin bildirib. Oxşar xəbərlər
|