Ukraynada pasport və şəxsiyyət vəsiqələrində hicaba icazə rəsmən qüvvəyə minib
Mьəllif: admin1
Tarix: 5-12-2019, 19:43
Bцlmə: Xəbərlər
Ukraynada pasport və şəxsiyyət vəsiqələrində hicaba icazə rəsmən qüvvəyə minib
Ukraynada Daxili İşlər Nazirliyi müsəlmanların uzun müddətdir tələb etdiyi şəxsiyyət vəsiqələrində hicablı fotoşəkillərin istifadə edilməsinə yaşıl işıq yandırıb.

Deyerler.org xəbər verir ki, pasportlarda və şəxsiyyət vəsiqələrində hicablı fotoşəkillərin istifadəsinə icazə verən qaydaların icrası xərcləri Ukrayna müsəlmanlarının topladığı pullarla qarşılanmışdır.

Ukrayna Müsəlmanları Dini İdarəsinin müftisi Səid İsmagilov Anadolu agentliyinin müxbirinə, hicablı fotoşəkilin şəxsiyyət vəsiqələrində icazə verilməsinə dair prosesi qiymətləndirib.

Ukraynanın, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) normalarını qəbul etdiyini xatırladan İsmagilov, belə deyib: “Bu normalara görə, hicablı fotoşəkil rəsmi sənədlərdə ola bilər. Lakin Ukraynada bu istiqamətdə lazımlı tənzimləmələr hələ edilməmişdi. Buna görə hicablı fotoşəkilə icazə verilmirdi”.

O, Müsəlman Qadınlar Birliyi ilə bu problemi həll etmək üçün Ukrayna Daxili İşlər Nazirliyinə müraciət etdiklərini izah edərək, belə danışıb: “Nazirlik 2018-ci ildə bir yığıncaq keçirdi. Bu yığıncaqda hicablı fotoşəkil məsələsi səsləndirildi. Hicabın bir müsəlman qadın üçün niyə vacib olduğu izah edildi”.

İsmagilov hicablı fotoşəkil məsələsinin təkcə müsəlmanlar üçün yox, digər din nümayəndələri üçün də mühüm olduğunu bildirib.

Hicablı fotoşəkilin rəsmi sənədlərdə olması üçün beynəlxalq normalara uyğun qaydaların qəbul edilməsi lazım olduğuna vurğulayan İsmagilov, belə davam edib: “Bu tənzimləmələri meydana gətirən institut üçün cümə namazında lazım olan məbləği yığdıq və instituta verdik, beləliklə prosesi başlatdıq”.

İsmagilov yeni qaydaların yaradılması üçün uzun müddət mübarizə apardıqlarını söyləyərək, belə deyib: “Çox səy etdik. İnstituta də hicabın nə olduğunu, başın hansı hissəsini əhatə etdiyini, hansı hissəsini əhatə etmədiyini çox izah etdik. Ən nəhayət bu problem həll edildi”.

Daxili İşlər Nazirliyi tərəfindən hicablı fotoşəkillə bağlı verilən qərarın 19 noyabrda qüvvəyə mindiyini qeyd edən İsmagilov, belə danışıb: “Bu normanın qəbul edilməsi, Ukrayna konstitusiyasına uyğundur. Bu cəmiyyətin demokratikləşməsi və qadınların hüquqlarına hörmət edilməsi istiqamətində atılan bir addımdır”.

Daxili İşlər Nazirliyi pasport, şəxsiyyət və sürücülük vəsiqələrində dini ya da tibbi səbəblərlə hicablı çəkilən fotoşəkillərin istifadə edilməsinə icazə verildiyini bildirmişdi.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031