Ayətullah Xamenei İranda baş verən son hadisələrdə həbs olunanlarla bağlı göstəriş verdi
Mьəllif: admin1
Tarix: 5-12-2019, 20:01
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei İranda baş verən son hadisələrdə həbs olunanlarla bağlı göstəriş verdi
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei İranda son vaxtlar ixtişaşlarda həbs edilənlərə qarşı “İslami şəfqət” (İslami Rafət) tətbiq olunması əmrini verib.

Maide.Az xəbər verir ki, Ayətullah Xamenei Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şəmxaninin İrandakı son hadisələrlə əlaqədar məktubuna cavab verib.

Mehr agentliyində yer alan xəbərdə qeyd olunur ki, Ayətullah Xamenei Əli Şəmxaninin benzin qiymətinin artımının ardınca baş verən hadisələrlə əlaqədar məktubuna yazdığı cavabda, verilən təklifləri təsdiqləyərək, ən qısa müddətdə həmin təkliflərin icra edilməsini və hər qrupdakı şübhəli insanlara qarşı İslami şəfqət istiqamətində hərəkət edilməsini istəyib və ailələrinə qayğı göstərmələri lazım olduğunu vurğulayıb.

Ali Rəhbər etirazlarda heç bir rol oynamadan həyatını itirənlərin şəhid sayılması və ailələrinin onlara verilən imkanlardan faydalanması göstərişini verib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031