Tanınmış ilahiyyatçı Alparslan Kuytul azad olundu
Adana "Furqan" Təhsil və Xidmət Fonduna qarşı istintaq çərçivəsində həbs olunan Alparslan Kuytu azad olunub.
İslamazeri.com xəbər verir ki, bu haqda "Furqan" təşkilatının sosial şəbəkə səhifəsindən məlumat verilib. Məlumatda deyilir ki, tanınmış ilahiyyatçı 4 - cü Ağır Cinayətlər Məhkəməsindən azad olunub. Alparslan Kuytul ötən ilin yanvar ayında Adana Prokurorunun "vəqf, icma fəaliyyəti adı altında təsis etmə hədəflərinə zidd, Konstutusiyaya qarşı fikir və hərəkət birliyi içində addım ataraq ictimai təhlükəsizliyə qarşı fəaliyyət etmək və cinayətkar qruplaşma" ittihamı ilə məhkəməyə çıxarılıb və məhkəmə bütün təşkilat üzvləri haqqında həbs-qətiimkan tədbiri seçilməsi haqqında qərar çıxarılmışdı. Alparslan Kuytul kimdir? Alparslan Kuytul 1965-ci ildə Adanada, Karataş rayonunda dünyaya gəlib. İbtidai təhsilini, həmçinin orta məktəbi orada oxuyub. 1991-ci ildə Çukurova Universitetinin Memarlıq-Mühəndislik fəkultəsinin İnşaat mühəndisliyi bölümündən məzun olub. 1993-1997-ci illlər arasında Misirin "Əl Əzhər" universitetinin Şəriət fəkultəsinin İslam Hüququ ixtisasında oxuyub. Əl Əzhər Universitetini 1997-ci ildə bitirib ölkəsinə dönüb. "Əl Əzhər"də oxuduğu zaman "Furqan" təşkilatını yaradır. Hazırda o hərəkatın mənəvi lideridir. "Furqan Təhsil və Xidmət Vəqfi" Türkiyədə bir ildə 200 mindən çox insanın iştirak etdiyi 100-dən çox konfrans və tədbir təşkil etmişdir. İnternet üzərindən sosial şəbəkə və saytlar vasitəsilə videomüraciət və təfsir dərsləri xüsusilə Adanadakı tərəfdarlarının diqqətini çəkməkdədir. "Furqan Nəsli Jurnalı"nın baş yazarıdır. Qeyd edək ki, 2018-ci ilin 30 Yanvarında Alparslan Kuytul 20 tərəfdarı ilə birlikdə həbs olunmuşdular. Oxşar xəbərlər
|