Gürcüstan Parlamenti 2020-ci ilin dövlət büdcəsini təsdiqlədi
Gürcüstan Parlamenti 2020-ci dövlət büdcəsini təsdiqləyib.
Ahlibeyt.ge xəbər verir ki, parlamentə təqdim olunan qanun layihəsinin 1 səs əleyhinə, 83 səs isə lehinə verilərək qəbul olunub. 2020-ci ildə büdcəyə daxil olacaq məbləğ 14 milyard 542 milyon lari proqnozlaşdırılır. İl ərzində xərclənəcək məbləğ isə 14 milyard 442 milyon 900 min lari olaraq proqnozlaşdırılır. Proqnozlaşdırmada inflasiya göstəricisi 3% olaraq qiymətləndirilib. Oxşar xəbərlər
|