Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub
Hər ilin səfər ayının 20-ə təsadüf edən və İmam Hüseynin şəhid edilməsinin 40-cı günü kimi qeyd edilən Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Kərbəlanın Tədqiqat və Araşdırmalar Mərkəzinin sədri Əbdüləmir əl-Qureyşi məlumat verib. Ə. əl-Qureyşinin sözlərinə görə UNESCO-nin ötən günkü toplantısı çərçivəsində Ərbəin ziyarətinin dünya irsinə daxil edilməsi məsələsi səsə qoyulub və bu mərasim yekdilliklə dünya mədəni irsinin siyahısına daxil olub. Oxşar xəbərlər
|