Seyid Həsən Nəsrullah: "Fəxrlə söyləyirik, "Hizbullah" İsrail üçün təhdiddir" - Təfərrüat
Mьəllif: admin1
Tarix: 15-12-2019, 10:34
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: "Fəxrlə söyləyirik, "Hizbullah" İsrail üçün təhdiddir" - Təfərrüat
Livan "Hizbullah" baş katibi Seyid Həsən Nəsrullah bölgədə baş verən hadisələrə münasibət bildirib.

Seyid Həsən Nəsrullah, amerikalıların hər hansı bir xalq etirazını istismar etmək, maraqlarına və planlarına xidmət etmək üçün istifadə etdiyini söyləyib.

O, ABŞ-ın Livan, İraq və hətta Yəməndəki etirazlara İrana təzyiq vasitəsi kimi baxdığını deyib:

"Amerikalılar Livandakı nümayişlərin İran əleyhinə nümayişlər olduğunu düşünürdülər, amma deməliyəm ki, aksiyaların İranla əlaqəsi yoxdur.

Şüarlar iqtisadi məsələlər və tələblər haqqında idi. Livandakı xalq etirazlarının ilk günündən bəri, "Hizbullah" əleyhinə inqilabi olduğunu düşünürdülər. Ya özlərini aldadırdılar, ya da bəzi livanlılar amerikalılara yalan məlumat vermişdi.

Amerikalılar Livandakı bütün problemlərin "Hizbullah" olduğunu söyləməklə xalqa xəyanət edir. ABŞ Dövlət Katibi Mayk Pompeo bu mövzuda çox səy göstərdi.

Livanlıların bu problemdən yaxa qurtarmalı olduğunu söylədi. Pompeonun açıqlamaları gülüncdür. "Hizbullah"ın Livanın siyasi sistemindən və ölkədən çıxması məqsədi ilə ABŞ Livana etdiyi yardımları dayandırıb.

"Hizbullah"ı Livandan necə çıxara biləcəyindən danışırlar. Bu amerikalıların faydasızlığını əks etdirir".

"Hizbullah" baş katibi Livanın bəzi ərəb və xarici KİV-lərinin ABŞ-a yardım etdiyini və Vaşinqtonla çalışdığını söyləyib:

"Bu məsələlərdə İsrail rejiminin də səyləri var. İsrailin açıqlamalarına baxsaq, Netanyahu və digər səlahiyyətlilərin "Hizbullah"ı zəiflətmək üçün tarixi bir fürsət olduğunu və ya Livan üçün zamanın gəldiyini söylədiyini görürük.

Fəxrlə söyləyirik, "Hizbullah" İsrail üçün təhdiddir. Bəli, "Hizbullah" İsrail və ABŞ rejiminin maraqları üçün təhdiddir. Qürur hissi ilə deyirik ki, sizə təhlükəmiz var.

Lakin Livanın milli maraqları üçün təhdid deyilik, əksinə bölgədəki amerikalıların və israillilərin maraqları üçün əsl təhdidik".

"Hizbullah" baş katibi qeyd edib ki, "Hizbullah" Vaşinqton və Təl-Əvivin Livandakı İslam müqavimətini məhv etmək üçün hiylə və planlarının həyata keçirilməsinin qarşısını alır. Amerikalılar livanlılara deyirlər ki, dolanışığınızın həll olunmasını istəyirsinizsə, əvvəlcə İsrail - "Hizbullah" problemini həll etməlisiniz.

Seyid Həsən Nəsrullah sonda bildirib ki, hökumətin istefa verməməsi və nümayişlərin davam etməsi yaxşı olardı. Livan üçün bu daha yaxşı idi. Çünki bu hökumətin islahatlar aparması üçün təzyiq vasitəsi idi.

Bəziləri Həririnin istefasını müvəffəqiyyət olaraq görür. Ancaq bu istefa islahata ehtiyac duyan hökumət üçün vaxt itkisi idi.

Baş nazirin istefasından sonra Livanda iqtisadi vəziyyət getdikcə pisləşdi. Qiymətlərin artdı və dərman qıtlığı yaşanır. Hökumət istefa vermək əvəzinə qalsaydı və insanlar küçələrdə nümayişlərini davam etdirsəydi, Livan indi bu vəziyyətə qalmazdı.

Bəziləri bu fikirlərimi qəbul etmir, amma bu bizim qiymətləndirməmizdir və etirazların ilk günlərindən fərqli olaraq hökumətdən istefadan sonra yeni bir reallıqla qarşılaşıb.
(eastnews)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031