Pərviz Müşərrəf edama məhkum edildi
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam cəzası verilib.
Maide.az “Posta”ya istinadən xəbər verir ki, o, vətənə xəyanətdə ittiham edilir. Qeyd edək ki, 20 iyun 2001 - 18 avqust 2008-ci il tarixləri aralığında Pakistan prezidenti olub. O, postundan getdikdən sonra Londonda yaşamağa başlayıb. 2013-cü ilin martında ölkəyə qayıtdıqdan sonra həbs edilib. P.Müşərrəfin keçmiş baş nazir Bənazir Bhuttonun öldürüldüyü terror aktında səhlənkarlığa köməkdə ittiham edilərək haqqında həbs hökmü çıxarılıb. Oxşar xəbərlər
|