Səudiyyə rejimi yanacaq və qida daşıyan Yəmən gəmilərinin həbs edir
Yəmən neft şirkəti, Səudiyyə rejiminin təcavüzkar koalisiyasının, Yəmən tankerlərini saxlamaqla Yəmən xalqına qarşı yaradılan blokadanı daha da çətinləşdirmək istədiyin bildirib.
Yəmən neft şirkətinin verdiyi açıqlamada, Hudeyda limanına girməyə icazə almaq üçün bu gəmilərin Bab Əl-Mandəb boğazında dayandırıldığı bildirilib. "Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, ümumilikdə gəmilərin göyərtəsində 58435 ton benzin və 128006 ton qaz var. Xatırladaq ki, Səudiyyə rejimi 5 ildir ki, ABŞ və sionist rejimin dəstəyi ilə ərəb müttəfiqlərindən ibarət koalisiya quraraq Yəmən şəhərlərinə hava təcavüzü həyata keçirir, həmçinin Yəmən xalqına ərzaq, dərman və digər humanitar yardımların çatdırılmasının qarşısını alır. Səudiyyə rejimi dəfələrlə Hudeyda limanına yan almaq istəyən, neft məhsulları daşıyan gəmiləri dayandırıb. Oxşar xəbərlər
|