İsmayıl Haniyə xristian keşişinə edilən sui-qəsdə görə İsrail rejimini qınadı
HƏMAS İordan çayının qərb sahilindəki Roma Provoslav Kilsəsinin arxiyepiskopu Atallah Hannanı hədəf alan sui-qəsd cəhdini qınayaraq, işğalçıların Fələstin xalqına və dini təşkilatlarına qarşı cinayətlərinə bir yenisinin əlavə olunduğunu söyləyib.
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyə arxiyepiskop Hannaya etdiyi telefon danışığında, sui-qəsd cəhdindən sonra sağlamlığı pisləşən və müalicə üçün İordaniyaya gedən arxiyepiskopa təcili sağalmağı arzuladığını bildirib. Arxiyepiskop Attalah Hanna müalicə aldığı İordaniyada rəsmi televiziya kanalına verdiyi açıqlamasında, sionist rejimini günahlandıraraq zəhərlənmə hadisəsindəki əlamətlərin İsrail rejimini göstərdiyini söyləmişdi. Məruz qaldığı kimyəvi maddənin çox təhlükəli olduğunu qeyd edən Hanna, belə deyib: “Baş verən vəziyyət bir sui-qəsd cəhdi və ya ömür boyu xəstə qalacağım bir cəhd ola bilər”. Fələstinli bir qrupun onun məruz qaldığı kimyəvi maddə ilə bağlı dəlil toplamağa çalışdığını qeyd edən Hanna, belə danışıb: “Bu hadisənin arxasında qəti olaraq kimin olduğunu söyləmirəm, ancaq zəhərlənməyimdəki əlamətlər İsrail rejimini göstərir”. Oxşar xəbərlər
|