Şeyx Zəkzakinin səhhəti daha da pisləşdi
Nigeriya İslam Hərəkatı Şeyx İbrahim Zəkzaki barəsindəki həyəcan təbili çalan açıqlama yayıb.
Açıqlamada vurğulanıb ki, Şeyx Zəkzakinin səhhətində ciddi problem yaranıb. "Şeyx İbrahim Zəkzaki və xanımı xəstəxanaya yerləşdirilsələr də səhhətlərindəki problem hələ də düzəlmir. Onlara xəstəxanada dərmanlar da məhdudiyyət ilə verilir", - deyə məlumatda diqqətə çatdırılıb. Qeyd olunur ki, Şeyx İbrahim Zəkzaki Afrika qitəsinin ən pis həbsxanasında saxlanıldığı üçün səhhəti bu hala düşüb. /eastnews.org/ Oxşar xəbərlər
|