Müsəlman məhəlləsində silahlı qarşıdurma; 35 ölü
Mərkəzi Afrika Respublikasının paytaxtı Banquidə meydana gələn toqquşma nəticəsində ölənlərin sayı 35-ə çatıb. Bu barədə ölkə mediasında xəbərlər yer alıb.
Xəbərlərə görə, 24 dekabrdan PK5 müsəlman məhəlləsində təhlükəsizlik qüvvələri ilə ticarətçilər arasında vergi anlaşılmazlığı səbəbilə başlayan qarşıdurma yenidən alovlanıb. Meydana gələn silahlı qarşıdurmada 23-ü məhəllə sakini olmaqla, 35 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Qeyd edək ki, ölkədə 2012-ci ildə başlayan daxili münaqişələrdən sonra imzalanan sülh müqavilələrinə baxmayaraq, Banqui daxil olmaqla, bir çox şəhərdə təhlükəsizlik təmin edilməyib. (eastnews) Oxşar xəbərlər
|