Nigeriya rejimi Şeyx Zəkzəkinin tərəfdarlarına yenə atəş açdı: Ölən və yaralananlar var
Mьəllif: admin1
Tarix: 28-12-2019, 14:15
Bцlmə: Xəbərlər
Nigeriya rejimi Şeyx Zəkzəkinin tərəfdarlarına yenə atəş açdı: Ölən və yaralananlar var
Nigeriya xalqının dekabrın 27-si ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün Sokota şəhərinin küçələrində keçirdiyi dinc etiraz mitinqinə polis atəş açıb.

Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının baş katibi Şeyx Zəkzəkini dəstəkləmək məqsədilə dünən Sokotoda cümə namazından sonra yürüş mitinqi keçirən yüzlərlə Zəkzəki tərəfdarlarına polis qüvvələri həqiqi güllə və gözyaşardıcı qazla müdaxilə edib.

Polisin atəş açması nəticəsində Yahuza Umar Kalabaina adlı etirazçının şəhid olduğu bildirilib. Mitinqdə bir neçə nəfərin də yaralandığı qeyd olunub.

Nümayişçilər bu cür müdaxilələrin onları öz dinc tələblərini səsləndirməkdən çəkindirə bilməyəcəyini deyiblər və Şeyx Zəkzəki azad olunana qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Bu arada, Nigeriya İslam Hərəkatı Twitter üzərindən açıqlama verərək, Şeyx İbrahim Zəkzəki və həyat yoldaşı Malima Zinətin dövlət həbsxanasına köçürülməsindən 21 gün keçməsinə baxmayaraq, onların səhhətinin ağır olaraq qaldığı bildirilib. Həbsxana rəhbərliyinin onları ən əsas tibbi və səhiyyə xidmətlərindən məhrum etməyə davam etdiyi qeyd olunub.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031