İsrail qüvvələri aksiya keçirən fələstinlilərə atəş açdı
İsrail rejimi qüvvələri fələstinlilərin Qəzza zolağında keçirdiyi "Blokadanı Qırma və Böyük Qayıdış Yürüşü" aksiyalarına müdaxilə edib.
Bu barədə "Fələstin İnformasiya Mərkəzi" məlumat verib. Məlumata görə, İşğalçı rejim qüvələri fələstinlilərə qarşı atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. Müdaxilə nəticəsində çox sayda fələstinlinin yaralandığı və gözyaşardıcı qazın təsirinə məruz qaldığı bildirilib. Xatırladaq ki, fələstinlilər 30 mart 2018-ci il tarixindən bu yana blokada altındakı Qəzza zolağının İsraillə sərhədində "Böyük Qayıdış Yürüşü" adı altında dinc aksiyalar keçirir. İsrail əsgərləri isə "sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildən bu yana Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini" tələb edən dinc əhalinin üzərinə atəş açır. /eastnews.org Oxşar xəbərlər
|