Ayətullah Sistani ABŞ-ın Həşd Şəbi qüvvələrinin mövqelərini bombalamasını pisləyib
Mьəllif: admin1
Tarix: 30-12-2019, 21:21
Bцlmə: Xəbərlər
Ayətullah Sistani ABŞ-ın Həşd Şəbi qüvvələrinin mövqelərini bombalamasını pisləyib
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistani ABŞ qüvvələrinin Həşd Şəbi xalq könüllülər qüvvələrinin mövqelərinə zərbələr endirməsini pisləyib.

Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Ayətullah Sistani ötən gün Həşd Şəbinin Kətaib Hizbullah batalyonunun mövqelərinə ABŞ ordusu tərəfindən endirilən zərbələri ölkənin suverenliyinə xələl gətirəcək addım kimi dəyərləndirib.

Ayətullah Sistani ölkə ərazisinin beynəlxalq və regional haqq-hesab çürütmələrinin arenasına çevrilməsinin qarşısını almaq üçün İraq hökümətini dərhal müdaxilə etməyə çağırıb.



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031