Ayətullah Sistani general Qasim Süleymaninin şəhadətinə münasibət bildirdi
İraqın məşhur mərceyi təqlidi Ayətullah Seyid Əli Sistani İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qanadının komandanı, general Qasim Süleymani və "Həşd-Şabi" qüvvələrinin komandan müavini Əbu Mehdi Mühəndisin ABŞ tərəfindən öldürülməsinə münasibət bildirib.
Ayətullah Seyid Əli Sistani qeyd edib ki, Bağdaddakı hava limanı yaxınlığında baş verənlər İraqın suverenliyinə vəhşicəsinə hücum idi: "Hücum İraqın suverenliyinin və beynəlxalq nizamnamənin açıq şəkildə pozulmasıdır. Bütün bu və digər hadisələr ölkənin çox çətin bir vəziyyətlə üz-üzə qalması barədə xəbərdarlıqdır. Bu vəhşi hücum İŞİD-lə mübarizə aparan qəhrəmaların şəhid olmasına səbəb oldu". Qeyd edək ki, Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Oxşar xəbərlər
|