Seyid Həsən Nəsrullah: "Mən bu böyük şəhadətə qibtə edirəm, qisas alınacaq"
Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qanadının komandanı general Qasim Süleymanini və "Həşd-Şabi" qüvvələrinin komandan müavini Əbu Mehdi Mühəndisin ABŞ tərəfindən öldürülməsinə görə başsağlığı ünvanlayıb.
Seyid Həsən Nəsrullah yayımladığı bəyanatda bildirib ki, mən bu böyük şəhadətə qibtə edir: "Biz ki, onlardan sonra qaldıq, onların yolunu davam etdirəcəyik. Onların məqsədlərini həyata keçirəcəyik və bayraqlarını bütün meydanlarda qalıdıracağıq. Amerikalı qatillər bu böyük cinayətlə qarşılarına qoyduqları heç bir hədəfə çatmayacaqlar. Lakin Hacı Qasim Süleymaninin hədəfləri onun böyük ruhu və qanı hesabına qardaşları və müqavimət övladları sayəsində yerinə yetiriləcəkdir. Mücahidləri öldürənlərdən ədalətli qisas almaq müqavimətin vəzifəsidir". Oxşar xəbərlər
|