Sünni alim Alparslan Kuytul Qasim Süleymani sui-qəsdinə münasibət bildirdi
Alparslan Kuytul İranın İnqilab Keşikçilər Korpusunun "Qüds" briqadasının komandirinin sui-qəsdlə öldürülməsinə münasibət bildirib Türkiyədə bir müddət əvvəl azad olunan sünni din alimi Alparslan Kuytul İranın İnqilab Keşikçilər Korpusunun "Qüds" briqadasının komandiri Qasim Süleymaninin sui-qəsdlə öldürülməsinə münasibət bildirib. İslamazeri.com xəbər verir ki, özünün əxlaq dərsində ona verilən suala belə cavab verib: "ABŞ-ın İranlı generalı öldürməsinə necə baxdığımı soruşurlar. Təbii Amerika adətən belə bir cinayətə əl atır. Cəmiyyətimizdə gördüyüm qədər, belə bir fikir formalaşdırırlar ki, o (Süleymani) Suriyada müxaliflərini qətlə yetirib. Ancaq mən bilmirəm bu nə qədər doğrudur, edib etməyib. Edibsə hansı müxalifləri öldürüb. Məsələyə bu baxış səhvdir. Çünki Amerika İranlı generalı buna görə qətlə yetirməyib. Suriyada müxaliflərini öldürsədə edəcəkdi. öldürməsə də edəcəkdi. Çünki ABŞ və İsrail özünə qarşı olan çox şəxsləri qətlə yetirib. Bu da bu cür cinayətlərdən biridir. İndi bizə zülm edənləri, düşünün biriləri gəlir çevrilişlə və ya hansı yolla sui-qəsd edirlər. Biz yenə də, bunu qəbul edə bilmərik. O zaman onu da qəbul edək. Çünki bu bizə zülm edildiyinə görə, edilməyib. Bu siyasi bir sui-qəsdir. Bunun arxasında nə var ona baxmaq lazımdır. Dövlət belə bir şey edərmi? Dövlətsənsə həbs edib məhkəməyə çəkər. Mafiyasanmı mafiya kimi məhkəməyə çəkə bilmədiyinə görə, digərini qətlə yetirirsən? Dövlətin gücü var, Amerikanın gücü də danılmazdır. Dünyanın ağası sayan bir dövlətə bu yaraşmır. Qanunsuz bir şeydir. İstintaqsız qətldir, Amerika bunu qanuniləşdirmək istəyir. Onu ağa görənlər nə edəcək? Onda nə baş verəcək? Başqa dövlətlər də istədiyi adama sui-qəsd edərlərsə onda bu quldurluq olmazmı? Dövlətlə quldurun fərqi nədir? Bunu qınamaq lazımdır. Bu cür şeylərə dəstək vermək olmaz. Əlbəttə bu İranı əsəbləşdirmək üçün həyata keçirilən əməliyyatdır. Görəsən bunun arxasında nə var? İran bunun intiqamını alacağıq dedi. Bu cür cinayətlərin arxasında bir plan vardır, bundan sonra həyata keçirilir. Önəmli şəxslər kefdən öldürülməzlər. Sırf intiqam üçün, şəxsini bəyənmədiyi üçün öldürməzlər. Bu cür insanların öldürülməsi böyük bir layihə üçündür. ABŞ İranla açıq aşkar müharibəmi istəyir? Başqa planlarımı var? Bunu anlamaq üçün hələ tezdir. Amma bu mümkündür. Kütləvi bir müharibə olmaya bilər. Amma kiçik maplı bir müharibə istəyə bilər. Onun nüvə obyektlərini bombalamaq istəyə bilər. Texnologiyasını yox etmək istəyə bilər. Çox böyük müharibə olmasa da, texnologiyasını zərərə uğradacaq kiçik müharibə istəyə bilər. İsrail bunun üçün Amerikanı təhrik edir. İsrailin öz gücü az olduğundan böyük gücü - Amerikanı yönləndirir və Amerikaya bu kimi sui-qəsdlər həyata keçirməsinə rəvac verir. Dövlət sui-qəsd etməz, etsə dövlət deyildir. Bu şeyi dərin dövlətlər edər, amma bunu Amerika etiraf etdi; Biz etdik dedi. Trampın əmrilə həyata keçirildiyini etiraf etdilər. Bu bölgədə müharibə istəyindən irəli gələ bilər. Bu Türkiyəni çətin duruma salacaq, bəlkə də hədəf İran yox, Türkiyədir. Çünki Türkiyə Rusiya və İranla qismən aranı düzəltmiş vəziyyətdədir. Bunlar hazırda müttəfiq kimidirlər. Avropa və Amerikaya qarşı bir ittifaq yaradıldı, bu ittifaqı dağıtmaq üçün də ola bilər." Oxşar xəbərlər
|