Təqlid mərcələri bəyanat verdi
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, böyük təqlid mərcələri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymaninin şəhadəti ilə bağlı başsağlığı veriblər. Qum şəhərindəki böyük təqlid mərcələrindən olan Ayətullah Naser Məkarem Şirazi bu gün bir müraciətdə Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasim Süleymanini və İraqın "Haşdi Şabi" təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisi şəhid etmək üzrə cinayətini pisləyərək deyib ki, amerikalı cinayətkarları kəskin intiqam gözləyir. "Şəhid Süleymaninin yolu daha artıq qüdrətlə davam edəcək.", -deyə Ayətullah Məkarem Şirazi əlavə edib. Ayətullah Hüseyn Nuri Həmədani də bir müraciətdə bildirib: "Şübhəsiz, general-leytenant Süleymaninin və Əbu Məhdi Əlmuhəndisin şəhadəti gələcəyi aydınlaşdıracaq və düşmənin qəti süqutuna zəmin yaradacaqdır." Ayətullah Lütfullah Safi Qolpayeqani açıqlamasında "Şəhid Süleymani öz həyatını İslama və xalqa xidmətə, həmçinin islami dəyərlərin qorunmasına vəqf etmişdi.", -deyə qeyd edib. Ayətullah Əbdullah Cavadi-Amoli, Ayətullah Cəfər Sübhani və Ayətullah Seyyid Muhəmməd Ələvi Qorqani də ayrı-ayrı müraciətlərdə general-leytenant Süleymaninin şəhadəti ilə bağlı başsağlığı veriblər. Oxşar xəbərlər
|