General Qasim Süleymaninin və digər şəhidlərin cənazələri Əhvaza gətirilib
ABŞ terroru nəticəsində şəhid edilmiş general Qasim Süleymani və digər şəhidlərin cənazəsi bu gün səhər saat 5 radələrində Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinə gətirilib.
Deyerler.org-un İRNA-ya istinadən verdiyi xəbərə görə, səhər saatlarında eniş edən təyyarəni qarşılamaq üçün on minlərlə əhvazlı gecədən hava limanına gəlib. Burada cənazələri Ali dini liderin Xuzistan əyaləti üzrə nümayəndəsi, Əhvazın imam-cüməsi, qubernator, yüksək rütbəli hərbçilər və digər rəsmilərlə yanaşı on minlərlə iranlı göz yaşları içərisində qarşılayıb. Buradan günortaya doğru cənazələr Məşhədə yola salınacaq. Sabah şəhidlərin nəşi Tehrana gətiriləcək və burada cənazə namazı qılınacaq. Çərşənbə axşamı isə Şəhid Süleymaninin cənazəsi doğulduğu Kerman əyalətinə yola salınacaq və burada şəhidlər qəbristanlığında dəfn ediləcək. Oxşar xəbərlər
|