Süleymaninin qızı danışdı: “Atamın qanının qisasını alacağını bildiyim əziz əmim, Seyid Həsən Nəsrullahı salamlayıram!"
SEPAH-ın Qüds Qüvvələrinin komandiri general-leytenant Qasım Süleymaninin qızı Zeynəb Süleymani Kərimə Əl-Mənar televiziyasına eksklüziv müsahibəsində atasının şəhadətinin müqavimət mərkəzinin qətiyyət və gücünü artıracağını vurğulayıb.
Deyerler.org xəbər verir ki, Zeynəb Süleymani Kərimə müsahibədə bunları deyib: “Hər şeydən əvvəl salamlarımı Ali Dini Rəhbər İmam Xameneiyə, ikinci müqavimətin seyyidi (rəhbər) əmim Seyid Həsən Nəsrullaha, hansı ki, atamın qanı ilə qiyam edəcəyini bilirəm. Dünyaya bildirin ki, Hacı Qasımın şəhadəti bizi qırmayacaq və Amerika onun qanının boş yerə axıdıldığını biləcək və iyrənc Tramp bilsin ki, atamı öldürməklə onun xatirəsini silə bilməyəcək”. Zeynəb Süleymani müsahibəsində bunları deyib: “Atamla rəqabət edə bilməzsən, ona görə də onu raketlərlə hədəfə aldın. Elə olsaydın, onunla üzləşə bilərdin. Atamın şəhidliyi bizi əsla qırmayacaq və sona qədər intiqam axtaracağıq”. Oxşar xəbərlər
|