İran nüvə razılaşmasından çıxdı
İran İslam Respublikası nüvə razılaşmasında olan bütün öhdəliklərindən imtina edib.
Lakin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığı davam edəcək. Bu barədə "Mehr" agentliyi məlumat yayıb. Məlumata görə, İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən nazirlər kabinetinin iclasında bu qərar verilib. Xəbərdə qeyd olunub ki, İran bundan sonra sərbəst şəkildə nüvə enerjisini inkişaf etdirəcək. (eastnews) Oxşar xəbərlər
|