Məşhəddə Süleymani üçün təşkil edilən cənazə mərasiminə ən azı 2 milyon insan qatıldı
Müqəddəs Məşhəd şəhərində şəhid Qasım Süleymani, şəhid Əbu Mehdi Əl-Mühəndis və digər şəhidlər üçün təşkil edilən cənazə mərasiminə ən azı 2 milyon insanın qatıldığı bildirilir.
Deyerler.org xəbər verir ki, Astan NEWS-un bildirdiyinə görə, ABŞ terrorunda şəhid olanlar üçün təşkil edilən cənazə mərasimi səhər saat 10:00-dan axşam saat 21:00-a qədər İmam Rzanın (ə) mütəhhər hərəminin ətrafında baş tutub. “Zillət bizdən uzaqdır”, “Amerikaya ölüm”, “İsrailə ölüm”, “Süleymaninin qanı həyat bəxş etdi, bizi fitnələrdən xilas etdi” kimi şüarlar, xalqın səsləndirdiyi əsas şüarlar olub. Sözügedən mənəvi və görkəmli mərasimə İranın mədəniyyət naziri, Qüds Rəzəvi ostanının himayədarı, Məşhədin imam-cüməsi və ölkədən və İraqdan gələnlər qatılıb. Mərasimdə qısa olaraq çıxış edən Müqəddəs Rəzəvi Külliyyəsi şeyx Əhməd Mərvə, xalqın Əhvaz və Məşhəddə təşkil edilən cənazə mərasimlərinə milyonluq iştiraka görə minnətdarlığını dilə gətirdi. Mərasimin son saatlarında havanın soyuması və yağış yağmasına baxmayaraq, ölkənin bir çox nöqtəsində milyonlar sözügedən mərasimə qatılmaq üçün Məşhəd şəhərinə axın edib. Şəhidlərin pak cəsədləri dünən (5 dekabr) axşam saat 21:00-da Qüds Rəzəvi ostanına gətirilib və İmam Rzanın (ə) mütəhhər türbəsində təvaf etdirildikdən sonra şəhidlərin cəsədləri Tehrana göndərilib. Xatırladaq ki, SEPAH-ın Qüds qüvvələrinin komandiri general-leytenant Hacı Qasım Süleymani 2018-ci ildə Qüds Rəzəvi ostanının fəxri xadimi olaraq ziyarətçilərin ayaqqabı əmanət hissəsində xidmət etmişdi. Oxşar xəbərlər
|