Tramp İranın intiqam zərbələri barədə danışdı
ABŞ prezidenti Donald Tramp İranın intiqam cavabına münasibət bildirib.
Donald Tramp "Tvitter"də "hər şey qaydasındadır! İraqdakı iki hərbi bazaya İrandan raketlər buraxılıb. Zərərçəkənlər varmı, yoxmu araşdırma aparılır. Amma hamı hər şey yaxşıdır. Mən sabah səhər bəyanatla çıxış edəcəm", - deyə paylaşım edib. Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbəsi endirib. Raket zərbələri Ərbil şəhərində yerləşən bazalar və "Ayn əl-Əsəd" hərbi-hava bazasına atılıb. Bildirilir ki, "Ayn əl-Əsəd" hərbi-hava bazasına azı 35 raket zərbəsi endiriblər. Zərbə qanadlı və ballistik raketlərlə həyata keçirilib. (eastnews) Oxşar xəbərlər
|