İran ABŞ-ın müttəfiqlərinə xəbərdarlıq etdi
İran İslam Respublikası öz ərazisini İrana qarşı hücumlar üçün platforma kimi təqdim edəcək ölkələrə xəbərdarlıq edib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, öz ərazisindən İrana qarşı hücumlar üçün icazə verən hər bir dövlət cavab atəşinə məruz qalacaq. Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbəsi endirib. Raket zərbələri Ərbil şəhərində yerləşən bazalar və "Ayn əl-Əsəd" hərbi-hava bazasına atılıb. Bildirilir ki, "Ayn əl-Əsəd" hərbi-hava bazasına azı 35 raket zərbəsi endiriblər. Zərbə qanadlı və ballistik raketlərlə həyata keçirilib. (eastnews) Oxşar xəbərlər
|