ABŞ-dan BMT-yə məktub: “İranla qeyd-şərtsiz görüşməyə hazırıq”
ABŞ BMT-yə göndərdiyi məktubda İranın Qüds Qüvvələrinin komandiri general-leytenant Qasım Süleymaninin öldürülməsinin qanuni bir müdafiə olduğunu iddia edib və Tehranı qeyd-şərtsiz danışıqlara dəvət edib.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda, Süleymaniyə qarşı keçirilən əməliyyatın, BMT-nin 51-ci maddəsinə uyğun olaraq reallaşdığı qeyd olunub. “İran rejiminin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaması üçün İranla danışıqlarda qeyd-şərtsiz iştirak etməyə hazırıq” ifadəsi qeyd olunan məktubda, ABŞ-ın rezidentlərini və maraqlarını qorumağa davam etmək üçün bölgədə lazım olduğu qədər tədbir görməyə də hazır olduğu bildirilir. Oxşar xəbərlər
|