Ayətullah Sistani: “Bölgədəki böhran siyasi yolla həll edilməlidir”
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Sistani təhlükəsizlik və siyasi problemlərin meydana gəlməsinin ölkədə əcnəbilərin müdaxiləsinin artmasına səbəb olduğunu bildirib.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Ayətullah Sistaninin nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlai cümə xütbəsində Ayətullah Sistaninin müraciətini oxuyub. Ayətullah Sistani İraqın milli hakimiyyətinin pozulmasını tənqid edərək, bütün bunların daxili problemlərdən qaynaqlandığını və bütün iraqlı tərəflərdən şəxsi mənfəətlərini bir kənara qoyub, birləşməyə dəvət edib. Ayətullah Sistani keçən həftə verdiyi bəyanatında ABŞ-ın Əl-Həşduş Şəbinin bazalarına hücumlarını qınamış, ABŞ-ın bu cəhdlərinin İraqın hakimiyyətinin pozulması kimi xarakterizə etmişdi. Qeyd edək ki, ABŞ-a məxsus döyüş təyyarələri 29 dekabr İraq-Suriya sərhədindəki Əl-Qaim şəhərində Əl-Həşduş Şəbinin bazalarına hücum etmişdi. Hücumda ən azı 25 Əl-Həşduş Şəbi döyüşçüsü öldürülmüş və 51 nəfər də yaralanmışdı. Oxşar xəbərlər
|