Çin İslami tikililəri sökür
Mьəllif: admin1
Tarix: 13-01-2020, 23:01
Bцlmə: Xəbərlər
Çin İslami tikililəri sökür
Çin hökuməti ölkənin şimali-şərqində müsəlmanlara məxsus binaları sökməyə cəhd edir.

Maide.Az xəbər verir ki, Bitter Winter veb saytının verdiyi məlumata görə, bunlara, Pekindəki Nangeng küçəsinin şimal və cənub küçələrinin sonunda ulduz və aypara formalı qübbələr və atributları olan iki ərəb tipli iki tağların sökülməsi daxildir.

Dekabrın ortalarında Çin hökuməti bu iki binanı sökərək, bunun prospektin yenidən qurulması əməliyyatının bir hissəsi olduğunu iddia etdi.

Noyabrın ortalarında yerli hakimiyyət Jirin şəhərindəki Çuanin məhəlləsində bir məscidin minarələrini də söküb.

Yerli bir müsəlmanın dediyinə görə, oktyabr ayında yerli Kommunist Partiyasının Əmək və Dini İdarəsinin rəsmiləri minarələrin sökülməsi barədə əmr verib.

Bu orqanlar minarənin quruluşunun çox hündür olmasını və ətrafdakı binalarla uyğun olmadığını, buna görə şəhərin ümumi görünüşünə mənfi təsir göstərdiyini iddia ediblər. Onlar həmçinin, minarələr məhv edilməyəcəyi təqdirdə məscid rəhbərlərini qovacaqları və həbs edəcəkləri ilə hədələyiblər.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031