Gürcüstanda dövlət bayrağı günü qeyd edilir
Bu gün Gürcüstanda dövlət bayrağı günü qeyd edilir.
Ahlibeyt.ge 24News.ge istinadən xəbər verir ki, ölkədə bayraq günü 2012-ci ildən etibarən rəsmi olaraq təntənəli şəkildə qeyd olunur. Gürcüstanın hazırki qırmızı rəngli müasir 5 xaçdan ibarət olan bayrağı 2004-cü il yanvarın 14-də parlament çoxluğu ilə Gürcüstanın Dövlət Bayrağı kimi təsdiq olunub və rəsmi şəkildə yanvarın 14-ü Dövlət Bayrağı Günü elan olunub. Gürcüstan dövlət bayrağı 13-cü əsrə aid hesab edilib. Qeyd edilib ki, Gürcüstan bayrağı öz qədimliyinə görə, Danimarkanın bayraqından sonra dünyada ikinci yerdədir. Bu gün vətəndaşlara ölkənin simvolu olan Gürcüstan bayrağını dövlətin bütün binalarından, pəncərələrdən, balkonlardan, öz evlərinin damlarından, hətta avtomobillərindən asmağa icazə verilib. Bayraq günü ilə əlaqədar paytaxtda və bölgələrdə bir sıra tədbirlər keçiriləcək. Məlumat üçün bildirək ki, 1918-1921-ci illərdə mövcud olan Gürcüstan Demokratik Respublikasının bayrağı 1991-ci Sovet İttifaqından müstəqillik əldə etmiş Gürcüstanın bayrağı statusunu davam etdirib. 2004-cu ildə isə ölkə bayrağının dəyişdirilməsinə qərar verilib. Oxşar xəbərlər
|