İran Britaniyanın Tehran səfirliyini bağlaya biləcəyini açıqladı
Mьəllif: admin1
Tarix: 14-01-2020, 15:08
Bцlmə: Xəbərlər
İran Britaniyanın Tehran səfirliyini bağlaya biləcəyini açıqladı
İran Böyük Britaniyanın Tehrandakı səfiri Rob Makairin hadisələrə müdaxiləsini davam etdirdiyi təqdirdə səfirliyin bağlana biləcəyini açıqlayıb.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatda, Makairin nümayişlərdə iştirak etməsi qanunsuz və qeyri-peşəkar olaraq xarakterizə edilib: “İran Makairin bir nümayişdə şübhəli iştirakını və Böyük Britaniya səlahiyyətlilərinin yanlış ifadələrini qətiyyətlə pisləyir”.

Britaniyalı səlahiyyətlilərin şəhid general Qasım Süleymaninin öldürülməsiylə əlaqədar çıxışlarının ABŞ-ın atdığı addıma şərik olmaq mənasına gəldiyi bildirilən bəyanatda, Makairin Tehrandakı nümayişə qatılmasının da İranın daxili işlərinə müdaxilə sayıldığı və bu cür hərəkətlərə son verməsi tələb olunub.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031