Yunanıstanda etirazçılar Trampı dünyanın ən böyük terrorçusu adlandırıb
Mьəllif: admin1
Tarix: 14-01-2020, 15:10
Bцlmə: Xəbərlər
Yunanıstanda etirazçılar Trampı dünyanın ən böyük terrorçusu adlandırıb
Yunanıstanın paytaxtındakı etirazçılar, şəhid general-leytenant Süleymaninin öldürülməsinə görə, ABŞ prezidentini dünyanın ən böyük terrorçusu adlandırıb.

Afina Ayrı-seçkiliyə Qarşı Mübarizə və Müharibə Əleyhinə Alyansının təşkil etdiyi ABŞ əleyhinə mitinqində, ABŞ-a qarşı şüarlar səsləndirən çox sayda iştirakçı, şəhid general-leytenant Süleymaninin öldürülməsinə görə Tramp administrasiyasını tənqid etmək üçün ABŞ səfirliyinə doğru hərəkət edib.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, ABŞ səfirliyi önündəki mitinqdə şüar səsləndirən yunanlar, Tramp hökumətini dövlət və beynəlxalq terrorçu adlandıraraq, Yunanıstandakı ABŞ hərbi bazalarının ləğvini tələb edib.

Yunan hökuməti, qəzəbli nümayişçilərin diplomatik missiyaya qarşı hər hansı bir addımının qarşısını almaq üçün, ABŞ səfirliyi qarşısında çoxlu sayda təhlükəsizlik qüvvələrini cəlb edib.

Yunanıstanın şimalındakı ikinci böyük şəhəri olan Saloniki sakinləri də ABŞ əleyhinə nümayişləri keçirərək, Tramp hökuməti tərəfindən şəhid general Süleymaniyə qarşı terror hücumunu pisləyib. Bir sıra iri Avropa şəhərləri, o cümlədən London və Roma müharibə və ABŞ əleyhinə etirazlar keçirib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031