İki rus tədqiqatçısı İslamı qəbul edib
Tehranın Tərbiyət Madərəst Universitetində təşkil edilən mərasimdə iki rus tədqiqatçı İslamı qəbul edib.
Tərbiyət Madərəst Universitetində doktorluq dərəcəsi almağa çalışan tədqiqatçı tələbə Nikki Tal, nişanlısı Moskva Dövlət Universitetinin teatr şöbəsinin tələbəsi Dariya Fyodorova ilə birlikdə şənbə günü universitet tələbələri və müəllimlər arasında İslamı qəbul edib. "Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Nikki Tal bu yaxınlarda Tehranın Tərbiyət Madərəst Universitetində keçirilən beynəlxalq konfransda iştirak edərək, daha sonra o, universitetdə tədqiqat fəaliyyətini davam etdirmək üçün universitetə qəbul edilib. İslamı öyrəndikdən sonra nişanlısını Tehrana dəvət edib və yaxın günlərdə İslamın qəbul etdikdən sonra, Tehranın Tərbiyət Madərəst Universitetində cütlük üçün toy mərasimi keçirilib. Məlumata görə, toy mərasimindən sonra iki tələbə adlarını dəyişdirdilər, doktor Nikki Tal "Qasim" Dariya Fyodorova isə "Səkinə" adını seçib. Son illərdə müxtəlif ölkələrin çox sayda vətəndaşı İslamı qəbul etmək üçün İrana səfər edib. Oxşar xəbərlər
|