Ali Dini Rəhbər Ayətullah Xamenei: “İran xalqının müqaviməti Amerikanı qəzəbləndirib”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İran İslam Respublikasının ABŞ-a qarşı müqaviməti və İran millətinin ABŞ-ın hegemeonluğunu qəbul etməməsinin dünyanın diqqətini cəlb edən bir həqiqət olduğunu bildirib.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, İranın Həcc və Ziyarət Təşkilatının nümayəndələri bu gün Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Xamenei ilə görüşüblər. Ali Dini Rəhbər görüşdə etdiyi çıxışında bunları deyib: “Amerikalıların İran xalqına qarşı qəzəbi, müstəqil bir dövlətin bir tirana qarşı müqavimət göstərməsindən qaynaqlanır və bunu İslam və İran xalqlarının həqiqətlərini yaymaq və genişləndirmək üçün istifadə etməliyik”. Ayətullah Xamenei imperializmin birlik içində olan İslam ümmətinin formalaşması qarşısında maneələr yaratdığını qeyd edərək, belə danışıb: “Sözün əsl mənasıyla, yəni ortaq hədəf və iradə ilə hərəkət edən bir birlik adlandıra biləcəyimiz İslam ümməti hələ formalaşmamışdır. Təəssüf ki, İslami birlik üçün ürəkləri döyünənlərin bu birliyin yaradılması üçün etdikləri çağırışlara baxmayaraq, İslam ölkələrində böhtan, fitnə və qarşıdurmalar davam edir”. Ali Dini Rəhbər bir çox ölkənin həcc vacibatına əhəmiyyət vermədiyini qeyd edərək, sözlərinə belə davam edib: “Lakin mərhum İmam Xomeyni bizə həccin beynəlxalq səviyyədə ciddi bir hərəkətlilik nöqtəsi olduğunu və İslam ümməti üçün bir çox fayda təmin etdiyini öyrətdi”. İranın normal bir ölkəyə çevrilməsini istəyən ABŞ-ın əsl məqsədinə toxunan Ali Dini Rəhbər, ABŞ-ın cəmiyyətin xalqın yekdilliyi, İslam düşüncələri və dini təlimləri ilə idarə edilməsini istəmədiyini söyləyib. “Dini demokratiya dünyada tanınmır. Hazırda İslam Respublikasına qarşı milyonlarla qara piar aparılır. Həcc vacibatında İranın mənimsədiyi model (dini demokratiya), Amerikanın İranla olan düşmənliyinin səbəbi və tiranlığı qəbul etməyən İran xalqının məntiqi izah oluna bilər”, - deyə Ayətullah Xamenei bildirib. Oxşar xəbərlər
|