KİV: İŞİD-in yeni rəhbəri məlum olub
İŞİD terror qruplaşmasının yeni başçısı onun ideoloqlarından biri Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maulə olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti bildirib. Nəşr Əmir Abdel Rəhmanı ötən il oktyabrın sonunda İdlib əyalətində ABŞ-ın xüsusi əməliyyatının gedişatında zərərsizləşdirilmiş İŞİD-in əvvəlki lideri Əbu Bəkr əl-Bağdadiyə yaxın şəxs adlandırıb. Dövlət Departamenti onun İraq əsilli olduğunu qeyd edərək, əl-Bağdadinin müavinlərindən biri olduğunu açıqlayıb. ABŞ hakimiyyəti əl-Bağdadinin özü və ən yaxın tərəfdarları barədə informasiya verənə 5 milyon dollar mükafat vəd etmişdi. Britaniya nəşrinin yazdığına görə, İŞİD-in keçmiş və indiki başçıları hələ 2004-cü ildə ABŞ-ın İraqdakı “Kemp-Bukka” düşərgəsində məhkum olarkən tanış olublar. Əmir Abdel Rəhman qruplaşmanın banilərindən biri olub. O, qruplaşmanın ideologiyasının yaradılmasında və bir sıra əməliyyatların planlaşdırılmasında iştirak edib. Qəzetin məlumatına görə, məhz o İraqda xristianların məhvinin əsasını qoyub. Oxşar xəbərlər
|