İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoydu
İran parlamentinin deputatı Əhməd Həmzə ABŞ Prezidenti Donald Trampı qətlə yetirən şəxsə 3 milyon dollar pul mükafatı vəd edib.
“Reuters” xəbər verir ki, o, pul mükafatını təmsilçisi olduğu Kirman vilayətinin əhalisinin adından verəcəyini söyləyib. Xatırladaq ki, Kirman yanvarın 3-ü Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində həyatını itirən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Qasim Süleymaninin doğulduğu bölgədir. (eastnews) Oxşar xəbərlər
|