Şeyx Zəkzəkinin şəhid olması barədə xəbər təkzib edilib
Nigeriya Əhli-beyt (ə) davamçılarının lideri Şeyx İbrahim Zəkzəkinin şəhid olması barədə şayiələrin əsası yoxdur.
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Şeyx Zəkzəkinin ofisi bəyanat yayıb. Bəyanatda Şeyx Zəkzəkinin şəhid olması barədə xəbərlərin əsasının olmadığı bildirilir. "Baxmayaraq ki, Şeyx Zəkzəki Kadunaya gətirildikdən həkimlərin onu müayinə etməsinə imkan verilmir və səhhətində problemlər qalmaqdadır, bəyan edirik ki, Şeyx Zəkzəki həyatdadır. Bir daha dünya ictimaiyyətini Şeyx Zəkzəkinin dərhal azad edilməsi üçün əlindən gələni etməyə çağırırıq", - deyə bəyanatda bildirilir. Oxşar xəbərlər
|