İraq xalqı 'ABŞ və Tramp, İraqdan rədd ol' şüarıyla milyonluq mitinq
İraq xalqı bu gün ölkədəki işğalçı ABŞ qüvvələrinin çıxması üçün ölkə daxilində milyonluq nümayişlərinə başlayıb.
Maide.Az xəbər verir ki, yerli vaxtla səhər saat 09:00-dan başlayan ABŞ əleyhinə mitinqlərin görkəmli olması üçün başda İraqın aparıcı dini şəxsiyyətləri və siyasi liderləri ilə yanaşı, qeyri-hökumət təşkilatları da müxtəlif dəvətlər etmişdilər. İraqdakı milyonluq mitinqlər “Milli hakimiyyət günü” adıyla keçirilir. Bəzi çevrələr bu gün keçirilən mitinqləri 1920-ci ildə Britaniyanın müstəmləkəçi qüvvələrinin çıxması üçün İraq xalqının inqilabi cəhdinə bənzədib. Etirazçılar ABŞ-ın İraqın 16 illik işğalına son qoyulmasını tələb edir. Onlar "Amerikaya ölüm", "ABŞ İraqdan rədd ol" "Tramp İraqdan rədd ol" "ABŞ hərbiçiləri ölkəni tərk edin ki sağ qalasız" kimi şüarlar səsləndirirlər. Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ-ın Bağdaddakı terror hücumu nəticəsində İslam İnqilabı Keşikçilər Korpusunun Qüds briqadasının komandiri, şəhid general-leytenant Qasim Süleymani və İraqdakı Həşd Şəbi komandirinin müavini, şəhid Əbu Mehdi əl-Mühəndis terror edilib. Bu hadisədən sonra yanvarın 5-də İraq millət vəkilləri ABŞ qoşunlarının ölkədən çıxarılmasına səs verdilər. Bir çox İraq rəsmisi, o cümlədən baş nazir Adil Abdul-Mehdi parlament qərarından sonra ABŞ qoşunlarının İraqdan sürətlə çıxarılmasını vurğuladı. Oxşar xəbərlər
|