Çində koronovirusdan ölənlərin sayı 80 nəfərə çatıb
Çində koronavirusun indiyədək müəyyən olunmamış növündən (2019-nCoV) ölənlərin sayı 80 nəfərə çatıb, yoluxanların sayı 2,4 min nəfəri ötüb.
“Report” xəbər verir ki, ölüm hallarının 76-sı virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb. Pekində 68 nəfərin, Rusiya ilə sərhəddə yerləşən Xeyluntsyan vilayətində 16 nəfərin virusa yoluxması təsdiqlənib. Artıq Xeyluntsyan vilayətində bir nəfər dünyasını dəyişib. Artıq Çin hökuməti koronavirusla mübarizə üçün 43,2 milyon dollar ayırıb. Vəsaitin çox hissəsi isə ixtisaslaşmış xəstəxanaların tikilməsinə xərclənəcək. Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib. Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq. Oxşar xəbərlər
|