Müsəlmanları təyyarəyə qoymayan şirkət 50.000 dollar cərimələndi
ABŞ Nəqliyyat Departamenti müsəlman sərnişinlərə qarşı ayrıseçkiliyə görə “DELTA Air Lines” şirkətini 50.000 dollar məbləğındə cərimə edib. Heyət üzvləri, üç müsəlmanı uçmağa icazə verildikdən sonra uçuşlardan kənarlaşdırıb.
"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, birinci hadisə, sərnişinlərdən birinin stüardessaya şikayət edərək, ər-arvad Feysəl və Naziyə Əlinin müsəlman görünüşlü olmaları onu qıcıqlandırmasını bildirdikdən sonra baş vermişdir. Daha sonra ər-arvad Paris-ABŞ reysindən kənarlaşdırıldı. Digər bir müsəlman ərəb dilində danışdığı zaman təyyarədə olan islamofobiya qurbanına çevrilib. “YouTube” blogeri Adəm Saleh, doğma dilində danışdığı üçün təyyarədən çıxarıldı. O, hadisənin videosunu tvitter səhifəsində ingilis dilində şərh edərək yerləşdirib. “Biz başqa dildə danışdığımız üçün təyyarədən çıxardıldıq. Delta Airlines!”. ABŞ Nəqliyyat Departamentinin əmrinə əsasən, bütün “DELTA Air Lines” işçilərinin vətəndaş hüquqları, dini etiqad azadlığı və etik təhsil proqramına sahib olmalıdır. Bundan əlavə, aviaşirkət təhlükəsizlik audit protokollarını nəzərdən keçirməlidir. ABŞ Nəqliyyat Departamenti müsəlman sərnişinlərə qarşı ayrıseçkiliyə görə “DELTA Air Lines” şirkətini 50.000 dollar cərimə edib. Heyət, müsəlmanlara uçmağa icazə verildikdən sonra uçuşdan kənarlaşdırmışdı. Oxşar xəbərlər
|