Tramp "Əsrin müqaviləsi"ni açıqladı və yeni Fələstin xəritəsini paylaşdı
ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə yeni planı təqdim edib. Bu barədə Ağ Evin "Youtube" səhifəsində paylaşılıb.
Tramp Ağ Evdə İsrail rejiminin Baş Naziri Binyamin Netanyahu ilə görüşü zamanı yeni planı ona təqdim edərkən bildirib ki, bu gün İsrail sülhə böyük addımı atır: "Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq. Bu plana əsasən, Qüds bölünməz paytaxt qalacaq, bu çox əhəmiyyətlidir. Yaxın Şərq üzrə nizama salınma planı 80 səhifədən ibarətdir və ən yaxşı sənəddir". Bundan əlavə Donald Tramp "Twitter" hesabında "Əsrin müqaviləsi"nə uyğun olaraq yeni Fələstinin xəritəsini paylaşıb və qeyd edib ki, həmişə İsrail dövləti və yəhudi xalqının yanında olacaq. (eastnews) Oxşar xəbərlər
|