ABŞ-ın Fələstinlə bağlı ‘sülh planı’ müqaviləsi gerçəkləşməyəcək
‘ABŞ-ın Fələstinlə bağlı ‘sülh planı’ müqaviləsi gerçəkləşməyəcək.’
Maide.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın “Yüz ilin planı”na Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Əsərləri Mühafizə və Yayınlama Ofisindən sərt reaksiya verilib. ABŞ-ın Orta Şərq sülh planını “şeytani və pis” adlandırılaraq bildirilib ki, Qüds şəhərinin sionistlərin nəzarətində olması mövzusu qəbuledilməzdir. “Fələstin müharibəsi unudulmayacaq, xalq və bütün müsəlman ölkələr qətiyyətlə bu plana qarşı çıxaraq yüzilliyin müqaviləsinin həyata keçməsinə izn verməyəcək.” Qeyd edək ki, Tramp “Yüz ilin planı” adı verdiyi planda Qüdsü sionist İsrail rejiminin “bölünməz” paytaxtı kimi qəbul edib. Fələstinə isə müstəqillik vəd edib. Bunun da fələstinlilər üçün “ son şans” olduğunu deyib. Oxşar xəbərlər
|