Vəhabilərdən İslama xəyanət: Quran Yəhudi dilinə TƏHRİFlə tərcümə edildi
İslamazeri.com-un "Middle East Monitor"-a istinadən verdiyi xəbərə əsasən, Kral Fəhd adına Quran Nəşri Mərkəzi müqəddəs Qurani-Kərimi İvrit dilinə (Yəhudi dili - red.) tərcümə edib. Lakin bu tərcümədə 300-dən çox xəta aşkar edilib.
Belə ki, Quranda bir neçə dəfə təkrarlanan hz. Məhəmməd peyğəmbərin (s) adına İvrit dilinə tərcümədə ümumiyyətlə rast gəlinməyib. "Əl-Əqsa" sözü isə "Hərəm" kimi tərcümə edilib. "Söhbət təhlükəli xətalardan gedir. Bu xətalar belə təəsürat yaradır ki, müqəddəs Qurani-Kərim - tarixə dair fundamentalist yəhudi şərhini təsdiqləyir", - deyə qeyd edilir. Xatırladaq ki, Kral Fəhd adına Quran Nəşri hər il 74 dildə 10 milyon Qurani-Kərim nüsxəsi nəşr edir. Oxşar xəbərlər
|