Fələstin ABŞ-la bütün əlaqələrini kəsdi
Bu gün Fələstin prezidenti Mahmud Abbas ABŞ-la bütün əlaqələrin dayandırıldığını elan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bəyan edib. "Mən Netanyahuya və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinə məktub ünvanlamışam. Bundan sonra Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlıq etməyəcək və əvvəllər imzalanmış bütün razılaşmalar bizim üçün qüvvədən düşüb.", - M.Abbas deyib. Onun sözlərinə görə, Amerika tərəfinin planı münaqişənin həllinə yardım etməyəcək. O, ABŞ prezidenti Donald Trampın təklif etdiyi "əsrin sazişi" əsasında İsrail ilə danışıqlar aparılmasının mümkünsüzlüyünü bildirib. Oxşar xəbərlər
|