Ayətullah Sistaninin İraqdakı hadisələrə dair son mövqeyi açıqlandı
Mьəllif: admin1
Tarix: 7-02-2020, 16:59
Bцlmə: Xəbərlər
Ayətullah Sistaninin İraqdakı hadisələrə dair son mövqeyi açıqlandı
İraq ali mərceyi təqlidi Ayətullah Sistaninin Kərbəla şəhərindəki nümayəndəsi Əhməd Safi İraqdakı mövcud hadisələrə münasibət bildirib.

Ayətullah Sistaninin mövqeyini açıqlayan Əhməd Safi bildirib ki, aksiyalarda zorakılıqların qarşısını alınmalı, dinc nümayişlərə riayət etmək və insanların mənafeyinə zərər verən hərəkətlərdən çəkinmək lazımdır:

"Dəfələrlə tövsiyələrə baxmayaraq, bu bədbəxt hadisələrin baş verməsinə mane olmur. Son günlər günahsız insanların qanının tökülməsinə səbəb olan ağrılı günlər yaşandı.

Bunların sonuncusu Nəcəf şəhərində baş verən hadisələr idi". O, həmçinin qeyd edib ki, Ayətullah Sistani bütün təcavüz və hücumları pisləyir, qurbanların ailələrinə başsağlığı verir, yaralananların sağalması üçün dua edir: "Təhlükəsizlik qüvvələri təhlükəsizliyi, sabitliyi qorumaq və dinc nümayişlərin keçirilməsinə şərait yaratmalıdır.

Aksiyalarda iğtişaş törətmək istəyənlərin qarşısı alınmalıdır. Bu hökuməti əvəz edəcək hökumət xalqın etibarını qazanmalıdır.

Vəziyyəti düzəltməyə və dövlət hakimiyyətini bərpa etməyə qadir olmalıdır. Seçkilərin keçirilməsi üçün lazımi tədbirləri görməlidir".
(eastnews)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031