Ali Dini Rəhbər: "O qədər güclü olmalıyıq ki, düşmənlər müharibə barədə heç düşüncəyə vara bilməsin"
Mьəllif: admin1
Tarix: 8-02-2020, 23:52
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: "O qədər güclü olmalıyıq ki, düşmənlər müharibə barədə heç düşüncəyə vara bilməsin"
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ABŞ-ın birtərəfli sanksiyaları sayəsində ölkə iqtisadiyyatının neftdən asılılıqdan xilas ola biləcəyini söyləyib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu gün (8 fevral) səhər İran Ordusu Hərbi Hava Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşüb.

Ali Dini Rəhbər zəif olmağın düşməni hərəkətə keçməyə təşviq etdiyini qeyd edərək, belə danışıb: “Müharibədən qaçmaq və düşmənin təhdidlərinə son qoymaq üçün güclü olmalıyıq.

İran Ordusunun Hərbi Hava Qüvvələri Pəhləvi dövründə amerikalılara ən yaxın qüvvələrdən biri idi. Bu hadisədən ibrət almalıyıq. İlk nəzərə almalı olduğumuz aspekt, tağut rejiminin ehtimal etmədiyi yerdən vurulmasıdır.

İran Ordusunun Hərbi Hava Qüvvələri amerikalılara yaxın bir güc olaraq, ən kritik dövrdə inqilabın lehinə hərəkət etdi və İran İslam inqilabının qurucusu İmam Xomeyniyə sadiq olduğunu bildirdi.

Əksinə, dindarlar gözləmədikləri yerdən gücləndilər.

İranın hərbi təchizatı və məhsulları hələ də ABŞ hərbi şirkətlərinin anbarlarında qalır və hələ də bizə verməyiblər. İllər əvvəl saxlama pulunu aldıqları hərbi təchizatları İrana verməmələri çox maraqlıdır.

Bir vaxtlar bir təyyarə hissəsini təmir etmək hüququ olmayan İran Ordusunun Hərbi Hava Qüvvələri, təhdidləri fürsətə çevirərək təyyarə hazırlayır.

İnqilabın əvvəlindən bəri bizə qarşı sanksiyalar tətbiq olunandan, son bir neçə ildir bu sanksiyalar daha da ağır bir şəkildə tətbiq olunmağa davam edir.

Ölkə rəsmiləri şüurlu şəkildə hərəkət etsələr, sanksiyaları fürsətə çevirə bilərik. Sanksiyalardan faydalanaraq, ölkə iqtisadiyyatını neftdən asılılığından xilas etmək olar. Problemlərin çoxu neftdən asılı olmasından qaynaqlanır.

ABŞ administrasiyasının bir çox rəsmisi də İran iqtisadiyyatının neftdən asılı qalması üçün sanksiyaların yüngülləşdirilməli olduğunu iddia edir. Əvvəlki ABŞ prezidentləri İrana qarşı gizli siyasət yürüdürdülər, amma hazırkı rəhbərlik açıq şəkildə bunu edir.

Ölkəni bütün istiqamətlərdə gücləndirmək lazımdır, xüsusilə də müdafiə sahəsində. Heç bir milləti və ölkəni təhdid etməməyə, ölkəmizin təhlükəsizliyini qorumağa çalışırıq.

Zəif olmaq düşməni hərəkətə gətirməyə təşviq edir. Müharibənin baş verməməsi və düşmənin təhdidlərini sona çatdırmaq üçün güclü olmalıyıq”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031