Müsəlman həkimlər koronavirusun müalicəsinin effektiv sxemini tapdılar...
Malayziya xəstəxanalarında koronavirusla mübarizədə uğur əldə olunub.
Xarici İslam saytlarının verdiyi xəbərdə deyilir ki, bu günədək ölkədə koronavirusa(“CoV-2019n”) yoluxmuş 3 nəfər müalicə edilib. Ümumilikdə Malayziyada bu virusa 17 yoluxma halı qeydə alınıb. Xəstələrin 12 nəfəri Çindən, 5-i isə malayziyalı olub. Dünən- fevralın 9-da axşam müsəlman həkimlər tərəfindən müalicəsi aparılan 63 yaşlı Çin vətəndaşının analizləri onun tamamilə sağaldığını göstərib. Adam paytaxt Kuala-Lumpurdakı bir xəstəxananın təcridxanasında simptomatik müalicə alıb. “7 və 8 fevral tarixlərində keçirilmiş iki paralel test “2019-nCoV” virusu üçün mənfi nəticə verdi. Xəstə bu gün xəstəxanadan buraxılacaq"- deyə. Malayziya Səhiyyə Nazirliyinin baş direktoru Nur Hişam Abdulla bildirib. Fevralın 4-də Çindən olan dörd yaşlı bir qız da müalicə alıb və Lanqkavi adasındakı xəstəxanadan buraxılıb. Ölümcül infeksiyadan sağalmış üçüncü şəxs Uhan şəhərindən olan 40 yaşlı bir kişi olub. O, Cohor-Baru şəhərindəki bir xəstəxanada müalicə alıb və fevralın 8-də tibb müəssisəsindən buraxılıb. Malayziyadakı xəstəxanalardakı 3 koronavirus xəstəsinin müvəffəqiyyətlə sağaldılması malayziyalılar və dünya üçün bir ümid işığıdır.../Moderator.az/ Oxşar xəbərlər
|