ABŞ İraqdan çıxacağı tarixi açıqladı
Mьəllif: admin1
Tarix: 10-02-2020, 22:09
Bцlmə: Xəbərlər
ABŞ İraqdan çıxacağı tarixi açıqladı
İraqın Əsaib Əhləl Haqq Hərəkatının lideri Qeys Əl-Xəzəli ABŞ-ın Bağdad hökumətinə göndərdiyi gizli bir məktubda İraqdakı qüvvələrinin çıxış vaxtını açıqladığını söyləyib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Qeys Əl-Xəzəli Əl-Əhd televiziya kanalına verdiyi müsahibəsində bunları deyib:

“ABŞ tərəfi göndərdiyi gizli bir məktubda, İraqın ABŞ qüvvələrinin bu ölkədən geri çəkilmə tələbinə hazır olduğunu qeyd edərək, 1.5 il içərisində qüvvələrini geri çəkəcəyini açıqlayıb. Bunun səbəbi böyük ehtimalla ABŞ-ın bu müddət ərzində seçkilərlə məşğul olmasıdır”.

İraq tərəfi ABŞ-ın bu sözünə etibar etmir, çünki bu mesaj rəsmi olaraq açıqlanmayıb. ABŞ-ın qərarları İsrail rejiminin maraqlarına uyğundur.

İraqın Əsaib Əhləl Haqq Hərəkatının lideri bir daha ABŞ qüvvələrinin gecikmədən və dərhal İraqdan çıxmasını istəyib və belə deyib:

“İraqda kabinet qurmaqla vəzifələndirilən Məhəmməd Tofiq Əllaviyə təqdim edilən şərt, amerikalıların çıxarılmasını təmin etməsidir və bu şərt İraq xalqının və hər kəsin şərtidir”.

Müsahibənin digər bir hissəsində Qeys İraqdakı ABŞ qüvvələrinə qarşı hərbi müdaxilələrin davam edəcəyini vurğulayıb.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031