Suriya ordusu 8 illik işğaldan sonra Dəməşq-Hələb yolunu terrorçulardan azad etdi
Mьəllif: admin1
Tarix: 12-02-2020, 14:35
Bцlmə: Xəbərlər
Suriya ordusu 8 illik işğaldan sonra Dəməşq-Hələb yolunu terrorçulardan azad etdi
Londonda yerləşən Suriya İnsan Haqqları Manitorinq Mərkəzi (SOHR) M5 olaraq tanınan strateji əhəmiyyətli Hələb-Dəməşq beynəlxalq avtomagistralının hamısının Suriya ordusunun nəzarətinə keçdiyini açıqlayıb.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, avtomagistralın açılmasıyla Dəməşq-Hələb arasındakı kəsilməz əlaqə 2012-ci ildən etibarən ilk dəfə təmin edilib.

Bu arada, Suriya ordusu Hələbin cənub-qərb ətrafında əməliyyatlarını davam etdirərək, Kəfr Hələb, Kanatər və Kəmari kəndlərini terrorçulardan təmizləyib.

SANA-nın müxbiri Suriya ordusunun Hələbin cənub-qərb ətrafına düşən Əl-Bəvvabiyə, Əl-Ksəybiyə, Təl-Hidyə, Əl-Zirbə, Əl-Barkum və Zirai Araşdırmalar Mərkəzini azad etməsindən 24 saat keçməmiş Hələb-İdlib beynəlxalq avtomagistralının qərbinə düşən Kəfr Hələb, Kanatər və Kəmari kəndlərini terrorçulardan azad etdiyini bildirib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031