Ayətullah Şeyx İsa Qasım: “ABŞ İslam ölkələrində demokratiyanın inkişafını istəmir”
Mьəllif: admin1
Tarix: 15-02-2020, 17:51
Bцlmə: Xəbərlər
Ayətullah Şeyx İsa Qasım: “ABŞ İslam ölkələrində demokratiyanın inkişafını istəmir”
Bəhreyn Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım ABŞ-ın İslam ölkələrindəki həqiqi demokratiyaya qarşı çıxdığını bildirib.

Deyerler.org mehrə istinadən xəbər verir ki, Ayətullah Şeyx İsa Qasım Bəhreyn inqilabının 9-cu ildönümü ilə əlaqədar İranın Qum şəhərindəki tədbirdə çıxış edərək bunları deyib:

“Amerikalılar həmişə İslam ölkələrində demokratiyanın inkişafına qarşı çıxıblar. Çünki müsəlmanlar həqiqi hüquq və azadlıqlarına qovuşduqları təqdirdə, imperializmə qarşı təlimlərə yönəlirlər.

O, həmçinin Bəhreyn xalqının müqavimət göstərməsinə və mövcudluğunu qorumasına toxunaraq, bunları deyib: “İmperializmə qarşı mübarizə hissi Bəhreyn cəmiyyətinin hər bir üzvündə hər zaman dinamik və güclü olmalıdır, beləliklə zamanın tağutları və fasiqlərinə qalib gəlmək olar”.


Şeyx İsa Qasım sözlərinin digər bir hissəsində, Trampın qondarma Əsrin müqaviləsi planının İslam dünyasına zərbə vurmaq üçün mürəkkəb bir plan olduğunu söyləyib:

“Bu hiylə Fələstin və bütün İslam ölkələri üçün bir sınaqdır. Bu gün bütün müsəlmanlar bu böyük xəyanətə qarşı çıxmalıdır”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031